Şirkət

“TURKAZ Group” Şirkətlər Qrupu Azərbaycanda polimer məhsullar istehsal edən müəssisədir.

Şirkətlər Qrupunun əsası 2010-cu ildə ölkəmizin sənaye şəhəri sayılan Sumqayıt şəhərində 100% yerli sərmayə ilə qoyulmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi qayğısı və diqqəti belə bir istehsal sahəsinin yaradılmasına böyük stimul olmuşdur. Bu məqsədlə şirkətimiz bütün resursları ilə ölkəmizin kənd təsərrüfatı sahəsinə töhfə verməyi özünün əsas vəzifələrindən biri hesab edir. Ölkədə aparılan aqrar siyasətə dəstəkvermək və kənd təsərrüfatına daha faydalı ola bilmək əsas məqsədlərimizdən olduğu üçün istehsal etdiyimiz məhsullardan istifadə etməklə müasir suvarma sistemlərinin quraşdırılması və lahiyələndirilməsini həyata keçiririk.

Öz fəaliyyətinə polietilen PE 100 boru istehsalı ilə başlayan müəssisə ötən illər ərzində istehsal sahələrini artıraraq ölkənin ən qabaqcıl şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda şirkətin istehsal müəssisələrində 20-dən çox istehsal avadanlığı fəaliyyət göstərir. Bütün məhsulların istehsal prosesi İtaliya, Almaniya, Türkiyə və Çin istehsalı olan ən müasir texnoloji avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Polimer məhsulların istehsalında dünyada öndə gedən “Sabic”, “Borealis”, “Bayer”, “Total”, “Petkim”, “Kazpelin” kimi polimer xammal istehsalçılarının xammallarından istifadə olunur.

Şirkətin istehsal etdiyi məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş uyğunluq sertifikatlarına və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş gigiyenik sertifikatlara malikdir. Müəssisəmizdə istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, Rusiya Federasiyası, Gürcüstan, Qazaxıstan, Ukrayna, Livan və s. kimi bir sıra xarici ölkələrə də ixrac edilir.

Məqsədimiz: Azərbaycan Respublikasında sənayenin inkişafına öz töhfəmizi verərək aşağıdakıları həyata keçirmək:

  • Ölkədə polimer məhsullar istehsal edən yeni innovativ müəssisə yaratmaq və bunun hesabına ölkənin plastik məhsullara olan tələbatını təmin etmək;
  • Daxili bazarı keyfiyyətli son məhsulla təmin etməklə sahə üzrə ölkə xaricinə valyuta axınının azaldılmasına və valyuta ehtiyatlarının qorunub saxlanılmasına töhfə vermək;
  • Müxtəlif çeşidli polimer məhsullar istehsal etməklə ölkəmizin bu məhsullara olan tələbatının ödənilməsində idxaldan asılılığı azaltmaq və sonrakı mərhələdə bu məhsulların regional bazarlara ixracını təmin etmək;
  • Sahə üzrə əsas istehsalçı müəssisələrdən birinə çevrilməklə gələcəkdə bu sektorun yerli xammal təchizatçılarının potensial müştərisi qismində çıxış etmək hesabına sahədaxili və yan sənaye sahələrinin dəstəklənməsinə nail olmaq;
  • Fəaliyyətini davamlı olaraq genişləndirməklə ölkədə yeni iş yerlərinin yaradılmasına və məşğulluğun artırılmasına töhfə vermək.

“TURKAZ Group” Şirkətlər Qrupunda fəaliyyət göstərən müəssisələr: