Polietilen boru müəssisəsi

“TURKAZ Group” Şirkətlər Qrupunun əsası polietilen boru istehsalı ilə qoyulmuşdur. Bu səbəbdən boru istehsal müəssisəsi şirkətimizdə önəmli yerə sahibdir.

PE 100 polietilen boruları plastik boru istehsalında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu borular həm su, həm də qaz kəmərləri üçün istifadə olunur. Polietilen borular standart ölçü nisbəti SDR 41-SDR 6 və işləmə təzyiqi PN 4-PN32 diapazon aralarında istehsal olunur.

Müəssisəmizdə istehsal olunan PE 100 boruların üstün cəhətləri:

  • Uzun ömürlüdür. Minimal istifadə müddəti 50 ildir. Real istifadə zamanı bu müddət xeyli uzana bilər;
  • Çatlamaya və zərbələrə qarşı dözümlülüyü yüksəkdir, günəş şüalarına qarşı davamlıdır;
  • Həm buxta (rulon), həm də standart ölçülərdə istehsal olunur;
  • Daxili səthi hamardır. Bu, axın zamanı ərp yığılmasının qarşısını alır;
  • Zəlzələ və digər təbii hadisələrin aktiv olduğu sahələrdə istifadəyə yararlıdır;
  • Donmaya qarşı davamlıdır;
  • Təzyiqə davamlılığın yüksək olması (PN 4-PN32) boruların sifarişdən asılı olaraq geniş təzyiq diapazonu üçün istehsal edilməsinə imkan yaradır;
  • Qaynaq zamanı və ya birləşdirici fitinqlərlə montajı çox rahatdır.

Müəssisəmizdə istehsal olunan PE 100 boruların tətbiq sahələri:

  • Yeraltı və yerüstü içməli və texniki məqsədlər üçün su şəbəkələri;
  • Kənd təsərrüffatı təyinatlı suvarma sistemləri;
  • Magistral və lokal təbii qaz xətlərinin çəkilişi;
  • Kimya və neft-kimya sənayesi;
  • Mədən sənayesi;
  • Bina tikintisi və sənaye obyektləri.