Damcı suvarma boru müəssisəsi

Azərbaycanda kənd təsərrüffatı sahəsində damcı suvarma borularına olan təlabatı ödəmək üçün şirkətimiz damcı suvarma boru istehsal müəssisəsini qurmuşdur. Şirkətimizdə 2 növ damcı suvarma boruları istehsal olunur:

  • Yastı damcı suvarma boruları
  • Yumru damcı suvarma boruları

Yastı damcı suvarma boruları dünyada suvarma sahəsində tətbiq olunan ən son metodlardan biridir. Ölkəmizdə bu boruların istehsalı ilk dəfə “TURKAZ Group” Şirkətlər Qrupu tərəfindən başlanmış və hal-hazırda yeganə istehsalçı ünvanını qoruyub saxlayır. Ölkəmizin bütün əkin sahələrində yastı damcı suvarma borularına olan tələbatı qısa zamanda təmin etmək gücünə sahib olan zavodumuz eyni zamanda bu boruları xarici dövlətlərə də ixrac etmək potensialına malikdir. Boruların damladıcılarının (dripper) və digər aksesuarlarının öz zavodumuzda istehsal olunması, həmçinin dəzgahların ən müasir standartlara cavab verməsi sayəsində müştərilərimizə münasib qiymətlərlə keyfiyyətli məhsullar təqdim edə bilirik.

Yastı damcı suvarma borularının üstünlükləri:

  • İstifadəsi asan və etibarlıdır. Birillik və çoxillik əkinlər üçün uyğundur;
  • İstehsal zamanı yüksək keyfiyyətli və yalnız orijinal xammaldan istifadə olunur;
  • Günəş şüalarına qarşı davamlılığı artıran maddədən (UV) istifadə olunur;
  • Hamar iç üzü sayəsində daha uzun müddət istifadəsi mümkündür;
  • Bir neçə dəfə toplamağa və istifadə etməyə qarşı dayanıqlıdır;
  • Xüsusi istehsal olunmuş damladıcılar sayəsində dəliklərin tutulması riski minimumdur;
  • Damladıcılar istehsal prosesində borunun içərisində yerləşdirilir;
  • Damladıcılarda bir ədəd su çıxışı var.

Yumru damcı suvarma boruları

Yüksək suvarma səmərəliliyini təmin edən damcılı suvarma metodu suyun yayılması üçün aşağı təzyiq tələb edir, qeyri-bərabər yerlərdə düzəldici iş tələb etmir, torpaq suyundakı duzların idarə edilməsinə imkan verir və dövrələr vasitəsilə suyun davamlı şəkildə təmin edilməsinə şərait yaradır.

Yumru damcı suvarma borularının üstünlükləri:

  • Suya qənaəti təmin edir;
  • Torpağın şoranlaşmasının qarşısı alınır;
  • Bitki lazımi miqdarda su ilə təmin edilir;
  • Su mənbəyi bitkiyə yaxın olduğundan kök hissəsindən çox, gövdə və məhsulun inkişafına müsbət təsir göstərir;
  • Bitki xaricindəki torpaq sahəsini sulamır və həmin ərazi quru qaldığı üçün yabanı bitkilərin artmasının qarşısı alınır;
  • Bitki xaricindəki torpaq çirklənmədiyi üçün səmərəli istifadə edilə bilir;
  • Gübrə suda əridildiyindən birbaşa bitkiyə verilir və istehlak miqdarı azalır;
  • Enerji xərcləri minimuma endirilir, çünki sistem aşağı təzyiqlə işləyir.