Plastik injeksiya istehsal müəssisəsi

Şirkətimizin plastik injeksiya istehsal müəssisəsi 2017-ci ildə fəaliyyətə başlamışdır. Plastik injeksiya istehsalı sahəsində Almaniya və Çin istehsalı olan ən müasir injeksiya avadanlıqlarından istifadə olunur. Bu avadanlıqlarda müxtəlif növ qəliblərə uyğun polimer xammallardan çeşidli məhsullar istehsal edilir.

İstehsal sahəsində istehsal olunan məhsullar:

  • PE boruları üçün fittinqlər;
  • Damcı boruları üçün damladıcılar (dripper);
  • Kənd təsərrüfatı təyinatlı mandallı çiləmə (yağmurlama) başlıqları və abotlar (üçlüklər);
  • Meyvə-tərəvəz taraları (müxtəlif ölçülərdə);
  • İstixanalar üçün pomidor klipsləri və pomidor salxım asqıları;
  • Qida və qeyri-qida qablaşdırmaları, müxtəlif növ məişət qabları;
  • Sifarişə uyğun hər çeşiddə plastik qablar.