Polipropilen kisə istehsal müəssisəsi

Yeniliklərə üstünlük verməyi özünə şüar edən şirkətimiz ilkləri həyata keçirməkdən qürur duyur. Polipropilen kisə istehsal müəssisəmiz də bu qəbildəndir. Belə ki, ölkəmizdə soğan, kartof, kələm, çuğundur və sarımsaq kisələrinin istehsalına ilk dəfə biz başlamışıq. Yüksək keyfiyyətli və yalnız orijinal xammaldan istehsal olunan kisələr soğan, kartof, çuğundur, sarımsaq və digər meyvə və tərəvəzlərin qablaşdırılmasına uyğundur.

Polipropilen kisələrin xüsusiyyətləri:

  • Hər növ genişlikdə və uzunluqda istehsalı mümkündür;
  • Kisənin alt hissəsi cüt tikişlidir;
  • İstənilən rəngdə istehsalı mümkündür.

Müəssisədə istehsal olunan məhsullar:

  • Soğan kisələri;
  • Kartof kisələri;
  • Çuğundur və sarımsaq kisələri;
  • Kələm kisələri.