Mandallı çiləmə (yağmurlama) boruları

Bu borular kənd təsərrüfatında geniş istifadə olunur. Çiləmə sulama növündə sulama suyu qapalı borularda təzyiq altında çiləmə başlıqlarına qədər daşınır və təbii yağışa bənzər şəkildə torpağa çilənir. TS 418-2 PrEN 12201-2 standartlarına uyğun istehsal olunan “TURKAZ Group” çiləmə boruları yüksək sıxlıqlı polietilen (HDPE) xammaldan hazırlanır. Günəş şüalarına, çatlamaya və qırılmaya qarşı dayanıqlıdır. Yüksək keyfiyyətli orijinal xammaldan istehsal olunur. Günəş işığına qarşı UV qatqı maddəsi əlavə olunmuşdur. Mandallı başlıqlar sayəsində yenidən toplanıla və istifadə edilə bilər.