Suvarma sistemlərinin lahiyələndirilməsi və qurulması

Biz kənd təsərrüfatına daha faydalı ola bilmək üçün istehsal etdiyimiz məhsullardan istifadə etməklə müasir suvarma sistemlərinin quraşdırılmasını və lahiyələndirilməsini həyata keçiririk. Məqsədimiz istehsalçı ilə istehlakçının birbaşa əlaqəsini təmin edərək daha ucuz qiymətə müasir suvarma sistemlərinin çəkilişini təmin etmək olduğu üçün kəndçi və fermerlərimiz daha çox sahələrin müasir üsullarla suvarılmasını təmin edə bilərlər. Bu, daha çox məhsul əldə edilməsinə və kənd təsərrüfatı məhsullarının qiymətinin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Suvarmada öz zavodumuzun məhsullarından istifadə etdiyimiz üçün daha aşağı qiymətlərlə yüksək keyfiyyətli xidmət təklif edirik.

Türkiyədən cəlb olunmuş suvarma mühəndisi və aqronomlarımız ilə birlikdə müasir suvarma üsulu ilə kənd təsərrüfatı sahələrinin suvarılmasını yerinə yetiririk. Belə ki, mühəndislərimiz əraziyə və əkinə uyğun olaraq ən müasir suvarma üsulları olan damcı sulama, çiləmə sulama və pivot suvarmadan birini seçərək tətbiq edirlər. Xarici mütəxəssislərimizin bu sahədə mütəmadi olaraq seminarlarını təşkil edib yerli mütəxəssislərin yetişdirilməsini də təmin edirik.

Gördüyümüz uğurlu lahiyələrin bir qismi ilə saytımızın “Layihələr” bölməsində tanış ola bilərsiniz.